ONLAYN SİFARİŞ
info@cleanart.az
+994 (55) 395 90 92
Evlərin təmizlənməsi - Ofislərin təmizlənməsi - Otellərin təmizlənməsi - Pəncərə və vitrinlərin yuyulması - Xadimə xidməti - Hovuz, fəvvarə, sauna, sanitariya qov. və s. təmizlik xidmətləri - Landşaftların təmizlənməsi - Xalçaların yuyulması - Pərdələrin yuyulması - Dekorativ tavan və divar örtüklərinin təmizlənməsi
ONLAYN SİFARİŞ

Ümumi təmizlik xidməti


Ümumi təmizlik xidməti

Kompleks təmizlik xidməti Müasir dövrdə yaşayan insanlar, daha çox məişət qayğılarına vaxt tapa bilməyən, aktiv işlə məşğul olan insanlardır.

İş, dərs, ailə qayğıları ilə birlikdə təmizlik etmək isə daha çətin və yorucudur, hələki bu kompleks təmizlik olarsa.

Boş və ya istirahət vaxtlarında təmiz, təravətli, rahat evdə vaxt keçirmək hamının istəyidir.

Bunun üçün isə ilk növbədə evin təmizlik və səliqəsinə xüsusi diqqət yetirmək lazımdır.

Evdə, ofisdə və ya digər yerlərdə edilən gündəlik təmizliklə yanaşı, kompleks təmizlik də çox vacibdir.

Həm təmizlik, həm də sağlamlıq baxımından.

Bəlkədə çoxunuz kompleks təmizlik dedikdə nə demək istədiyimi anlamır və ya bunun nə olduğunu bilmirsiniz.

Bəs kompleks təmizlik nədir?

Gündəlik təmizlikdən fərqli olaraq, kompleks təmizlik zamanı evdə gözlə görülməyən, əlçatması çətin və çox işlənilməyən yerlər təmizlənir.

Daha çox belə yerlərdə çirk yığılaraq, mikrob-bakteriya yuvasına çevrilir və insan sağlamlığı üçün təhlükəli vəziyyət yaranır.

Bu yerlərə havalandırma, işıqlandırma sistemləri, plintuslar aid edilə bilər.

Kompleks təmizlik, sifarişçinin istəyi ilə seçdiyi klininq növünə və hər bir məntəqənin xüsusiyyətlərinə əsasən individual plan əsasında həyata keçirilir.

Kompleks təmizlik xidmətinin icra müddəti və sürəti təmizlənən yerin sahəsindən və çirklənmə dərəcəsindən asılıdır və əvvəlcədən telefonla danışılıb, razılaşdırılır.

CleanArt servis təmizlik xidməti ilə siz də evinizdə daim hökm sürən təmizlikdən zövq alın.

Kompleks təmizlik xidmətinə aşağıdakılar aiddir:

bütün növ yer örtüklərinin təmizliyi;

tavan və divarların təmizliyi;

aydınlatma cihazlarının və məişət texnikasının təmizliyi;

pəncərələrin, qapıların və qapı keçidlərinin təmizlənməsi

havalandırma, radiator, karniz və plintusların təmizlənməsi;

metal əşyaların, şüşə və güzgü səthlərin təmizlənməsi;

yumşaq mebelin təmizlənməsi;

sanitar qovşağın təmizlənməsi;

dekor əşyalarının təmizlənməsi;

zibilin atılması və polietilen paketlərin dəyişdirilməsi.

Bakıda peşəkar təmizlik bir çox şirkətlər tərəfindən keçirilsədə, məhz CleanArt servis geniş spektrli xidmət, yüksək keyfiyyət və xidmət mədəniyyəti ilə seçilir ki, bu da çox vacibdir.

Biz sizə qüsursuz təmizlik, səliqə və təravət təminatı veririk.

Onlayn Sifariş

Təmizlik, Təmizlik Xidməti, Ev və ofis təmizliyi, Gündəlik Təmzilik xidməti, Təmzilik Xidmətləri

$0.00

TəmizlikƏməkdaşlarımızın təcrübə və bilikləri təmizliyi tez və keyfiyyətli etmək, ən güclü və başına..

Showing 1 to 1 of 1 (1 Pages)