Ofislərin təmizlənməsi
Bakıda ofislərin təmizlənməsi – biznes məkanlarında təmizliyin
və səliqə-səhmanın yaradılması üçün kompleks tədbirlərdir. Şirkətimizin mütəxəssisləri
ofis məkanlarının yüksək keyfiyətdə təmizlənməsini təmin edir, klininq işlərinin
bütün növlərini operativ və peşəkar şəkildə icra edirlər. Bütün təmizləmə işlərini
otağın spesifikasına uyğun olaraq və müştərinin istəklərini nəzərə alaraq həyata
keçirir. Xidmətlərin qiyməti obyektin növü, təmizləmə işlərinin aparılmasının
müntəzəmliyi, məkanın sahəsi və digər parametrlərdən asılıdır. Ofis məkanlarının
təmizlənməsi üzrə işlərin təxmini qiymətini aşağıda nəzərdən keçirə bilərsini.
Ofisin əsaslı təmizliyi
Sərt döşəmənin silinərək təmizlənməsi.
· Xalça örtüyünün
tozsoranla təmizlənməsi.
· Döşəmənin səthindən
xırda zibillərin yığılması, zibil qablarından zibilin götürülərək atılması,
ehtiyac yaranarsa, zibilin götürülərək konteynerlerə atılması.
· Sürtgü
materialından və xüsusi kimyəvi vasitələrdən istifadə etməklə interyerin şüşə və
güzgü səthlərinin çirklərdən silinərək təmizlənməsi.
· Ofisdə çirklənmiş
yerlərin silinməsi və mebelin (masanın), avadanlıqların, aksessuarların səthinin
tozunun təmizlənməsi.
Ofis texnikalarının təmizlənməsi
· Ofis texnikasının
(kompüterlərin, monitorların, faksların, printerlərin və s.) silinməsi və
tozunun təmizlənməsi.
· Yumşaq mebelin üzərindəki
çirkin təmizlənməsi.
· Zibilin atılması.
· Ümumi ərazinin,
texniki ərazilərin (dəhlizlərin) və sanitar qovşaqların təmizlənməsi:
· Əl inventarından və
kimyəvi vasitələrdən istifadə etməklə sərt döşəmənin səthinin silinərək təmizlənməsi.
· Xalça örtüyünün
tozsoranla təmizlənməsi.
· Divarlardan (1,7
metrə qədər hündürlükdə) tozun və çirkin təmizlənməsi, sürtkü materiallarından
və kimyəvi vasitələrdən istifadə edilməklə giriş qapılarının silinərək təmizlənməsi.
· Siqaret çəkilən
yerlərdə külqabıların boşaldılması və nikotin təmizləyici vasitə ilə silinməsi.
· Santexnika: Santexnikanın (qovşaqların, əlüzyuyanların, unitazların, bidenin, vannanın, duş kabininin) təmizlənməsi və dezinfeksiyası. Güzgülərin və nikellənmiş səthi olan avadanlıqların yuyulması. Ərpin təmizlənməsi
Bakıda ofislərin təmizliyi iş prosesi zamanı yetərincə
makulatura, zibil və toz yığılmasına əsasən aktual problemlərdən biridir.
peşəkar heyətimiz tərəfindən yüksək səviyyədə göstərilən ofislərin təmizliyi
xidmətləri işçilərinizin effektiv çalışmasına şərait yaradır.
Ofislərin əsaslı təmizliyi
Ofislərin əsaslı təmizliyi uzun müddət yığılmış çirki aradan
qaldıran birdəfəlik təmizlik xidmətidir.
Ofislərin dəstəkləyici təmizliyi sifarişçinin seçdiyi
klininq xidmətlərinin növləri və dövriliyi əsasında – gündəlik və həftəlik –
qrafik tərtib olunaraq keçirilir. Bununlada ofisinizdə daimi keyfiyyətli təmizlik
hökm sürür.
Ofisin təmirdən sonra təmizliyi
Ofisin təmirdən sonra təmizliyi təzə təmirdən çıxmış və sənaye
işlərinin izlərini aradan qaldırmaq üçün təqdim olunur.
Ofislərin kompleks təmizliyinə səthlərin təmizlənməsi, pəncərələrin
təmizlənməsi, zibilin tullanması, mebelin və interyerin təmizlənməsi və s.
aiddir.
ofislərin təmizliyi xidməti müasir avadanlıq, lazımı yuyucu
və təmizləyici vasitələr və effektiv texnologiyaların tətbiqi ilə həyata
keçirilir.

