Ətraf mühitin dezinfeksiyası
İçində olduğumuz mühitlərin dezinfeksiya prosesi ULV
cihazları, insektisid maşınları kimi cihazların köməyi ilə dezinfeksiyaedici
kimyəvi mühitə çiləmə üsulu ilə həyata keçirilir.
Dezinfeksiya prosesində istifadə edilən kimyəvi maddələr rəngsiz,
qoxusuz, suda həll olunan və insan sağlamlığına təhlükə yaratmayan kimyəvi maddələrdir.
Şübhəsiz ki, evimiz özümüzü ən rahat və təhlükəsiz hiss
etdiyimiz yerlərdən biridir. Hər bir ailə ev təmizləmək üçün öz gigiyena
üsullarını işləyib hazırlayıb. Mövcud yaşayış şəraiti ilə əlaqədar olaraq ailənin
bütün üzvləri işləyir və öz yaşayış sahələrinə kifayət qədər diqqət yetirə
bilmirlər. Virus epidemiyası səbəbindən evdə uzun müddət qalacağımız açıq-aşkar
görünür. Xüsusilə müəyyən yaşdan yuxarı ana və atalarımızın sağlamlığı üçün ətrafdakı
mikrobların dezinfeksiyası üçün şirkətimizə müraciət edə bilərsiniz. Evinizin təmizlənməsi
və dezinfeksiya edilməsində sizə dəstək ola bilərik.
Uzun illərdir bir çox firmalara təmizlik və dezinfeksiya
xidməti göstərən şirkətimiz mütəxəssis heyəti ilə müntəzəm və dövri xidmət göstərir.
İstehsalat sahəsinin və ümumi yerlərin təmizlənməsi və
dezinfeksiyası üzrə xidmətlər göstəririk.
Tikinti sahələrinin dezinfeksiya edilməsi
İşçi yataqxanaları, tualetlər, yeməkxanalar və iş mühitləri
tikinti sahələrində daimi nəzarətdə saxlanılması lazım olan sahələr
sırasındadır. Bu səbəbdən həmin ərazilərin təmizlənməsi, gigiyena və
dezinfeksiya işləri şirkətimiz tərəfindən həyata keçirilir.
Məktəblərin,yataqxanaların dezinfeksiyası
Ən qiymətli sərvətimiz olan uşaqlarımızın sağlamlığı hər
şeydən önəmlidir. Bu şüurla məktəblərimizin ümumi yerlərində və sinif
otaqlarımızda hər bir detala toxunaraq gigiyena və dezinfeksiya prosesini həyata
keçiririk.

