Əsaslı təmizlik xidməti
İşgüzar xanımlarımızın həftəsonu kabusu əsaslı təmizlik,
evdar xanımlarımızın isə yorucu ritualı gündəlik təmizlikdir… Gün və həftə ərzində
evdə yığılan iş daimi təmizlik tələb edir. Nəticədə xanımlarımız vaxtının
çoxunu təmizliyə həsr edir və istirahətə vaxt olmur…
Nə yaxşı ki, bizim “Gündəlik və əsaslı təmizlik”
xidmətlərimiz var!
Peşəkar təmizlik personalımızın qüsursuz işi ilə artıq həftənin
istənilən günü əsaslı təmizlik günüdür.
Gündəlik və əsaslı təmizlik xidmətləri mənzil, ofis və digər
məkanlarda ən çox tələb olunan təmizlik xidmətlərindən biridir.
Mənzillərin və ofislərin əsaslı təmizliyi zamanı nə edirik?
Otaq, dəhliz və zalın təmizliyi: mebelin tozunun alınması,
şüşə və güzgü səthlərin yaş və quru dəsmal ilə silinməsi, döşəmənin yuyulması;
Mətbəxin əsaslı təmizliyi
masanın, soyuducunun, rəflərin, bacanın
təmizlənməsi, zibilin atılması, döşəmənin yaş təmizliyi, qaz plitəsinin təmizliyi,
santexnikanın dezinfeksiyası;
Sanitar qovşağının təmizliyi: şüşə və güzgü səthlərin yuyulması, vanna və kafelin təmizlənməsi, santexnikanın dezinfeksiyası, döşəmənin yaş təmizliyi.
Mənzillərin və ofislərin əsaslı təmizliyi
Mənzillərin və ofislərin əsaslı təmizliyi zamanı nə edirik?
Döşəmələrin quru və sulu təmizliyi;
Bütün səthlərdən tozun alınması, şüşə və güzgü səthlərin
yuyularaq təmizlənməsi;
Bütün növ mebellərin təmizlənməsi (mebellərin üzərindən və
arxasından tozların təmizlənməsi);
Ofis avadanlıqlarının üzərindən tozun alınması;
Zibilin tullanması;
Sanitar qovşağının təmizliyi (santexnikanın dezinfeksiyası,
unitazların təmizlənməsi və dezinfeksiyası);
Məkanlarınızda təmizlik zamanı almaniyanın ən müasir avadanlıqları istifadə olunur, beləliklə bizim təmizlik yüksək keyfiyyəti və qalıcılığı ilə seçilir.
Təkcə “əsaslı təmizlik” anlaylışının özü insanı narahatlıq hətta
dəhşətə gətirir, bilavasitə işləyən kəsləri. Nə qədər evimizi ofisimizi səliqədə
saxlamağa çalışsaqda, əsaslı təmizlik mütləq tələb olunur.
Şirkətimizin effektiv və çox tələb olunan xidmətlərindən
biridə məhz əsaslı təmizlik xidmətidir. Sözügedən xidmət təyin olunmuş vaxtlar
seqmentində - ehtiyac və çirklənmə dərəcəsindən asılı olaraq - ildə bir neçə dəfə
olmaqla tərəfimizdən təklif olunur.
Əsaslı təmizlik
Əsaslı təmizlik bütün növ səthlərin, yer örtüklərinin,
sanitar qovşağının, interyer əşyalarının, iş alanlarının, anbarların,
çardaqların, qarajların və s. təmizliyini özündə cəmləşdirir.
Ofislərin əsaslı təmizliyi ofisin uzun müddət yığılan çirkdən
birdəfəlik təmizliyini nəzərdə tutur. Ofisin əsaslı təmizliyi ehtiyac əsasında
birdəfəlik həyata keçirilir.
Hər bir yerin əsaslı təmizliyi bir neçə etapı ozündə birləşdirir:
tullantıların atılması;
tozun alınması;
bütün səthlərin quru təmizliyi;
ləkə və yayılmış çirkin yaş təmizliyi;
səthlərin yaş təmizliyi;
keramika, emal, şüşə və güzgü səthərin təmizlənməsi;
hamam və tualetin təmizlənməsi;
mətbəxin təmizlənməsi.
İstənilən nəticəni almaq üçün biz gərəkən müasir avadanlıq,
xüsusi təhlükəsiz yuyucu və təmizləyici maddələrlə evlərin, ofislərin, böyük həcmli
ərazilərin əsaslı təmizliyini tam peşəkar həyata keçiririk.

